Belçika baş nazirindən Rusiya aktivləri ilə bağlı istehzalı açıqlama
Belçikanın baş naziri Bart de Vever Rusiyanın dondurulmuş aktivləri ilə bağlı müzakirələr fonunda zarafat edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Jurnalistlərə açıqlamasında o bildirib ki, guya indi Sankt-Peterburqdakı “bağ evinə” getməlidir:
“İndi mən Sankt-Peterburqdakı bağ evimə getməliyəm. Qonşum Jerar Depardye, qarşı tərəfdə isə Bəşər Əsəddir. Düşünürəm ki, orada bələdiyyə sədri də ola bilərəm. Bunu yazın” – deyə Bart de Vever ironik şəkildə qeyd edib.
Günel Verdiyeva
14:05 19.12.2025
Oxunuş sayı: 1162