Erməni mətbuatı: Paşinyanın seçki siyahısını həyat yoldaşı formalaşdırır
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qarşıdakı seçkilər üçün namizədlər siyahısı faktiki olaraq baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən formalaşdırılır. Bildirilir ki, əvvəlki seçkilərdə də analoji vəziyyət müşahidə olunub.
Crossmedia.az bu barədə “Hraparak” qəzetinə istinadən xəbər verir.
Qəzetin məlumatına əsasən, bu dəfə siyahının əhəmiyyətli hissəsini Anna Akopyanın yaxın çevrəsinə daxil olan şəxslər – dostları, yetirmələri və keçmiş əməkdaşları təşkil edəcək. Onların əksəriyyəti ictimaiyyət üçün tanınmayan, lakin baş nazirin həyat yoldaşına şəxsi sədaqəti ilə seçilən qadınlardır.
Məqalədə qeyd olunur ki, Paşinyanın həyat yoldaşına partiya daxilində onsuz da müsbət münasibət bəslənmir və bu addım “Vətəndaş Müqaviləsi” daxilində ciddi narazılıqla qarşılanıb. Partiya üzvləri parlamentə “şişirdilmiş dodaqlı, botokslu qızların” namizəd göstəriləcəyindən şikayətlənirlər.
Günel Verdiyeva
14:00 19.12.2025
Oxunuş sayı: 1370