Paşinyan Rusiyadakı erməni kilsəsinin başçısının saxlanılması barədə göstəriş verib
Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik orqanlarına Rus və Novo-Naxçıvan Yeparxiyasının rəhbəri, erməni kilsəsinin arxiyepiskopu Ezras Nersisyanın Ermənistana gəlişi zamanı saxlanılması barədə göstəriş verdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Qeyd olunur ki, arxiyepiskop Ezras Nersisyan bütün ermənilərin katolikosu II Qareginin doğma qardaşıdır. Məlumata görə, rəsmi qurumlar məsələ ilə bağlı hələlik ictimaiyyətə hər hansı açıqlama verməyib.
Məhz bu vəziyyət arxiyepiskop Ezrasın uzun müddətdir Ermənistana səfər etməməsinin mümkün səbəblərindən biri ola bilər.
Sevinc Yarməmmədova
13:44 19.12.2025
Oxunuş sayı: 1181