Rusiya, alman heykəltəraş Jak Tilli barəsində cinayət işi açdı
Rusiya İstintaq Komitəsi tanınmış alman heykəltəraş Jak Tilli barəsində Rusiya Silahlı Qüvvələri haqqında “yalan məlumat yaymaq” ittihamı ilə cinayət işi başladıb. Bu barədə məlumat Rusiya məhkəmə sənədlərində yer alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İstintaq orqanları Tillinin Vladimir Putini tənqid edən satirik heykəllərini əsas gətirərək, onun Rusiya ordusunun nüfuzuna xələl gətirdiyini iddia edirlər. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci bəndi üzrə – “Rusiya ordusu haqqında yalan məlumatların yayılması” – ilə açılıb.
Moskvanın Basman rayon məhkəməsi işə 15 dekabrda baxmağa başlayıb. İlkin məhkəmə iclası 24 dekabr tarixinə təyin olunub.
Jak Tilli Avropada siyasi və sosial mövzularda hazırladığı satirik heykəllərlə tanınır. Onun əsərləri tez-tez karnavallarda və ictimai nümayişlərdə nümayiş etdirilir. Tillinin Putini tənqid edən əsərləri xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra geniş yayılıb və beynəlxalq medianın diqqətini cəlb edib.
Türkanə Məşədiyeva
13:15 19.12.2025
Oxunuş sayı: 1106