Türkiyədə Rusiya neftinə maraq azalır
Türkiyənin Rusiyadan neft idxalında azalma qeydə alınıb. Oktyabr ayında bu ölkəyə Rusiya neftinin tədarükü əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə“İnterfaks” məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin oktyabrında Türkiyə Rusiyadan neft idxalını 12,6% azaldaraq 1,46 milyon tona endirib.
2025-ci ilin yanvar–oktyabr ayları ərzində Rusiyanın Türkiyəyə neft ixracı illik müqayisədə 5,8% azalaraq 13,12 milyon ton təşkil edib.
Bildirilir ki, idxaldakı bu geriləmə əsasən Qərbin “Lukoyl” şirkətinə qarşı sanksiyaları sərtləşdirməsi ilə bağlıdır. Sözügedən sanksiyalar Rusiya neftinin satışı və dəniz yolu ilə daşınmasını çətinləşdirib.
Nihat Tahirov
13:05 19.12.2025
Oxunuş sayı: 1154