Fətullah Gülənin qardaşı oğlu İstanbulda saxlanıldı
Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən İstanbulda saxlanılıb.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Məlumata görə, saxlanılan şəxs "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olub.
Qeyd edək ki, asayiş keşikçiləri şübhəli şəxsin Ümraniye rayonunda gizləndiyi yeri müəyyənləşdiriblər.
Nəzrin Abbas

12:52 19.12.2025
Oxunuş sayı: 1563