Messinin dünyadaki ən böyük heykəli Hindistanda ucaldıldı
Hindistanda argentinalı futbol ulduzu Lionel Messinin dünyada ən böyük heykəli quraşdırılıb. Məlumata görə, 21 metr hündürlüyündə olan monument Messinin ölkəyə planlaşdırılan səfəri çərçivəsində hazırlanıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Heykəl Messinin Hindistana turnesi ərəfəsində ucaldılıb. Bu səfər zamanı futbolçunun müxtəlif rəsmi və ictimai tədbirlərdə iştirak etməsi, azarkeşlərlə görüşməsi və futbolun təşviqinə yönəlmiş tədbirlərdə yer alması nəzərdə tutulur.
Qeyd edək ki, Lionel Messi Hindistanda rəsmi matç keçirməsə də, onun həm Argentina millisində, həm də klub səviyyəsindəki uğurları ölkədə milyonlarla azarkeş tərəfindən yaxından izlənilir.
Türkanə Məşədiyeva
17:58 13.12.2025
Oxunuş sayı: 982