Erməni hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb
Ölkənin İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib ki, erməni hərbçinin ölümü faktı üzrə cinayət işi başlanıb.
Crossmedia.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
İlkin versiyaya əsasən, Smbat Kirakosyan ona təhkim olunmuş silahdan başına atəş açaraq intihar edib. Hərbçinin güllə yarası almış meyiti dekabrın 12-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində aşkarlanıb.
Günel Verdiyeva
15:18 13.12.2025
Oxunuş sayı: 1056