İsrail Qəzzadakı atəşkəsi dəfələrlə pozub
Fələstin hakimiyyəti bildirib ki, oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsə baxmayaraq, İsrail hərbi qüvvələri 738 dəfə pozuntu həyata keçirib. Pozuntular əsasən mülki əhaliyə qarşı hava zərbələri, mərmi atəşləri, mülki ərazilərə hərbi texnikanın girişi və evlərin, digər obyektlərin qanunsuz dağıdılmasından ibarətdir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu müddət ərzində Qəzza zolağında 30-dan çox fələstinli həlak olub, 980 nəfər yaralanıb, 43 nəfər isə saxlanılıb. Fələstin tərəfi beynəlxalq ictimaiyyəti atəşkəsin qorunması və mülki əhaliyə qarşı zorakılığın dayandırılması üçün çağırıb.
Nigar Yahyazadə
18:20 09.12.2025
Oxunuş sayı: 933