Tramp: Ərdoğanı çox sevirəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO-da bəzi ölkələr alyansın fəaliyyətini çətinləşdirir. Buna nümunə olaraq o, Türkiyəni göstərib. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Ankarayla əməkdaşlıq zamanı çətinliklər yarandıqda alyans tərəfdaşları məhz ondan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmağı xahiş edirlər, çünki özləri bunu edə bilmirlər.
Tramp həmçinin Ərdoğanı dostu hesab etdiyini və ona böyük hörmətlə yanaşdığını vurğulayıb. O, həmçinin bildirib ki, Türkiyə ilə əməkdaşlıq və dialoq NATO üçün vacibdir və Ərdoğanla münasibətlərin yaxşı olması alyansın qərar qəbul etməsində də əhəmiyyətli rol oynayır.
Nigar Yahyazadə
18:10 09.12.2025
Oxunuş sayı: 995