Tunceli vilayətinin Pülümür rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Hadisə ilə bağlı hazırda ciddi zərər və xəsarət barədə məlumat yoxdur.
Rəsmi qurumlar əhaliyə ehtiyatlı olmağı və zəruri təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir.
Nəzrin Abbas