Rusiya qüvvələri Severskin 99%-ni ələ keçirib
Rusiya Silahlı Qüvvələrinin bölmələri Donetsk Xalq Respublikasının Seversk şəhərinin 99 faizini nəzarətə götürüb, şəhərdə təmizləmə əməliyyatları aparılır.
Crossmedia.az bu barədə Mash-a istinadən xəbər verir məlumat yayıb.
Məlumata görə, 6-cı və 7-ci kazak briqadalarının döyüşçüləri şəhərə daxil olan ilk qüvvələr arasında olub və Ukrayna Silahlı Qüvvələrinin elit 81-ci Əlahiddə Aeromobil Briqadasını zərərsizləşdiriblər.
Ukrayna qoşunları üçün son müdafiə xətti şəhərin kənarındakı özəl sektor olub, lakin orada bir həftədən az müddətə dayanmışdılar. Hazırda Severskdə minalanmış binaların və zirzəmilərin təmizlənməsi işləri davam edir.
Nəzrin Abbas
16:45 09.12.2025
Oxunuş sayı: 1005