Zelenski Roma Papası XIV Leo ilə görüşüb
Ukrayna prezidenti Volodimir Zelenski Roma Papası XIV Leo ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat verib.
Zelenski görüş zamanı Papa və Müqəddəs Taxt-tacın davamlı humanitar dəstəyini və humanitar missiyalarının genişləndirilməsi niyyətini yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin Papaya ABŞ-la diplomatik işlər barədə məlumat verib və Roma Papasını Ukraynaya səfərə dəvət edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Zelenskinin Vaşinqtonun sülh planı ilə razılaşması lazım olduğunu bildirmişdi.
Nəzrin Abbas
16:40 09.12.2025
Oxunuş sayı: 1096