Şeremetyevo hava məkanında müvəqqəti məhdudiyyətlər tətbiq edildi
Şeremetyevo hava limanının hava məkanında “Xalça” planının tətbiqi səbəbindən müvəqqəti məhdudiyyətlər qüvvəyə minib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar uçuş və enişlərdə gecikmələr mümkündür və uçuş cədvəli dəyişə bilər. Hazırda terminallarda vəziyyət sabitdir.
“Xalça” planı hava məkanının tam bağlanmasını nəzərdə tutur və tətbiq olunduqda havadakı bütün təyyarələrə təcili eniş tapşırılır.
Nəzrin Abbas
16:30 09.12.2025
Oxunuş sayı: 996