Macarıstan Rusiyaya qarşı sanksiyalara etirazını davam etdirəcək
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin qarşısını almaqda qərarlıdır.
Crossmedia.az bu barədə TASS-a istinadən məlumat verir.
Nazirin sözlərinə görə, Macarıstan artıq bir neçə ildir ki, anti-Rusiya sanksiyalarına qarşı çıxır, çünki bu məhdudiyyətlər ölkənin milli maraqlarına və iqtisadi inkişafına mənfi təsir göstərir.
“Əgər bizə bu cür sanksiyaların tətbiqi ilə bağlı yenidən tövsiyələr verilərsə, biz onların qarşısını almağa davam edəcəyik”, – Siyarto vurğulayıb.
Nazir Moskva səfəri çərçivəsində qeyd edib ki, Macarıstan Ukrayna münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır və ölkənin Rusiya ilə enerji əməkdaşlığına “həyati ehtiyacı” var.
Nəzrin Abbas
16:25 09.12.2025
Oxunuş sayı: 1293