Qazaxıstan AZAL qəzası üzrə yekun hesabatı gözləyir
Qazaxıstan nəqliyyat nazirliyi bildirir ki, Aktau yaxınlığında qəzaya düşən AZAL təyyarəsi ilə bağlı araşdırmanın yekun hesabatı yalnız iki xarici laboratoriyanın nəticələri təqdim edildikdən sonra açıqlanacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ICAO qaydalarına əsasən, hava qəzası ilə bağlı yekun araşdırma hesabatı qəza tarixindən sonra 12 ay ərzində dərc edilməlidir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktaudan bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və beş ekipaj üzvü olub. Altı qazax olmaqla 38 nəfər həlak olub. İki stüardessa da daxil olmaqla 29 nəfər sağ qalıb.
Qəzanın təhqiqat hesabatının 2025-ci ilin dekabrına qədər tamamlanması planlaşdırılırdı.
Türkan Kərimli
15:54 09.12.2025
Oxunuş sayı: 997