Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını bildirib
ABŞ-nin prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin artıq vaxtının çatdığını bəyan edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, mövzu ilə bağlı açıqlamasında qeyd edib:
“Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma artıq demokratiya olmadığı nöqtəyə çatıblar”.
Trampın sözləri Ukraynadakı siyasi vəziyyət və seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib.
Nəzrin Abbas
15:28 09.12.2025
Oxunuş sayı: 1058