Qazaxıstan Kaşaqan neftinin bir hissəsini KTK-dakı məhdudiyyətlərə görə Çinə yönləndirir
Qazaxıstan Kaşaqan yatağından hasil olunan neftin bir qismini Kaspiy Boru Kəməri Konsorsiumunda (KTK) yaranan məhdudiyyətlər səbəbindən Çin istiqamətinə yönləndirməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, KTK hələ də yalnız bir yükləmə nöqtəsi vasitəsilə fəaliyyət göstərir ki, bu da ölkənin ixrac imkanlarını məhdudlaşdırır.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Qazaxıstanın dekabr ayında Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə neft ixracını artıracağı barədə məlumat yayılıb.
Fatimə Məmmədova
14:44 09.12.2025
Oxunuş sayı: 950