HƏMAS silahlarını yalnız İsrail işğalı başa çatdıqdan sonra təhvil verəcək
HƏMAS silahı yalnız “İsrail işğalı tam bitdikdən sonra” təhvil verməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qəzza zolağındakı HƏMAS lideri Xəlil əl-Həyyə bildirib ki, təşkilat silahlarını gələcəkdə Qəzzaya nəzarət edəcək “dövlətə” təhvil verməyə hazırdır. Lakin bu prosesin həyata keçməsi İsrailin “işğalının” tam başa çatmasından asılı olacaq.
Əl-Həyyənin sözlərinə görə, “dövlət” dedikdə o, “suveren Fələstin dövlətini” nəzərdə tutur. O həmçinin qeyd edib ki, silahın təhvil verilməsi məsələsi hazırda müxtəlif fələstinli fraksiyalar və beynəlxalq vasitəçilərlə müzakirə olunur.
Onun fikrincə, danışıqların mühüm elementi BMT qüvvələrinin iştirakı olacaq – onlar atəşkəs rejiminə nəzarət etməli və Qəzza sərhədlərində tərəflərin ayrılmasını təmin etməlidirlər.
14:23 09.12.2025
Oxunuş sayı: 1032