Polşa XİN rəhbərindən İlon Maska kəskin reaksiya: Marsa get
Polşanın xarici işlər naziri Radoslav Sikorski iş adamı İlon Maskın Avropa Birliyini dağıtmaqla bağlı çağırışına sərt reaksiya verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazir Maskın bu fikirlərinə istehzalı cavab verərək, “Marsa get. Orada nasist salamlaşmalarına senzura yoxdur”, – deyə bildirib.
Sikorskinin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd olunur ki, Polşa XİN rəhbəri Avropa Birliyinin dəyərlərini və birliyini hədəf alan bu cür çağırışları qəbuledilməz hesab edir.
14:12 09.12.2025
Oxunuş sayı: 1003