Çin və Rusiya təyyarələri Cənubi Koreya hava zonasında
Bu gün səhər saat təxminən 10:00 radələrində iki Çin və yeddi Rusiya hərbi təyyarəsi — uzun mənzilli bombardmançılar və qırıcılar daxil olmaqla — Yaponiya dənizi üzərində fəaliyyət göstərərkən Koreya yarımadasının cənub və şərqindəki sulardan keçərək Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Zonasına (KADIZ) daxil olub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreya hərbi mənbələrinin məlumatına görə, hadisəyə cavab olaraq Koreya Respublikası Hərbi Hava Qüvvələrinin qırıcıları dərhal havaya qaldırılıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
13:52 09.12.2025
Oxunuş sayı: 1052