Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirib
Belqorod vilayətində altı bələdiyyə Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, xəsarət alan olmayıb, lakin infrastruktura, nəqliyyat vasitələrinə və fərdi evlərə ciddi ziyan dəyib.
Belqorod vilayətinin Əməliyyat Qərargahı dekabrın 8-də bildirib ki, təcili yardım xidmətləri Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırıldıqdan sonra bərpa işlərinə başlayacaq.
Səriyyə Tağıyeva
02:35 09.12.2025
Oxunuş sayı: 1194