Volqoqrad hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edilib
Rosaviasiyanın sözçüsü Artem Korenyako dekabrın 8-də Volqoqrad hava limanında təyyarələrin gəliş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Bu barədə məlumat qurumun Telegram kanalında yer alıb.
Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Həmin gün səhər saatlarında Saratov hava limanında da oxşar məhdudiyyətlər tətbiq edilsə də, daha sonra aradan qaldırılıb.
Səriyyə Tağıyeva
01:38 09.12.2025
Oxunuş sayı: 954