Papoyan: İrəvanla Bakı arasında münasibətlərin normallaşması bütün region üçün yeni imkanlar yaradır
Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması və kommunikasiyaların açılması ilə bağlı əldə olunan razılaşmalar bütün region üçün yeni imkanlar yaradır.
Crossmedia.az erməni mənbəsinə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Amerika Ticarət Palatasının Ermənistanda təşkil etdiyi tədbirdə bildirib.
"Biz məmnuniyyətlə qeyd edirik ki, sülh prosesinin həyata keçirilməsi dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ın dəstəyi ilə baş verir. Birlikdə həyata keçirdiyimiz genişmiqyaslı layihələr, xüsusilə TRIPP təşəbbüsü bizim üçün iqtisadi baxımdan tamamilə yeni imkanlar açır", – deyə o vurğulayıb.
20:32 08.12.2025
Oxunuş sayı: 926