ABŞ strategiyasında İsrailin az xatırlanması narahatlıq yaradıb
ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında İsrailin demək olar ki, qeyd olunmaması ölkədə ciddi narahatlıq doğurub. Sənəddə İsrail cəmi altı dəfə xatırlanır və bunlardan yalnız ikisi ABŞ-nin milli təhlükəsizliyi kontekstindədir.
Crossmedia.az İsrail mediayasına istinadən xəbər verir ki, bu, İsrail mediasında geniş narahatlıqla qarşılanıb və sənəddəki yanaşma Vaşinqtonun Yaxın Şərq siyasətində dəyişiklik siqnalı kimi qiymətləndirilir.
Sənəddə ABŞ-nin Yaxın Şərqdə düşmən dövlətin neft, qaz və strateji keçidlər üzərində dominantlıq qazanmasının qarşısını almağa çalışdığı vurğulanır. Eyni zamanda qeyd olunur ki, Vaşinqton uzunmüddətli, baha başa gələn və regiona sürükləyən “əbədi müharibələrdən” uzaq durmaq niyyətindədir. Analitiklər bildirirlər ki, bu müddəalar real siyasi gücə çevrilərsə, bu, baş nazir Benyamin Netanyahu üçün mənfi xəbər ola bilər.
İsrail mediası yazır ki, Vaşinqtonun bu sənəddə İsrailə az yer ayırması artıq ABŞ-nin onun hakimiyyətdə qalmasını öz öhdəliyi hesab etmədiyi barədə siqnal kimi görünür. The Jerusalem Post sənəddə İsrailin minimal şəkildə qeyd olunmasını xüsusi vurğulayıb, Ynet isə bu strategiyanın ABŞ-nin regiondakı iştirakının azalması demək ola biləcəyini yazaraq narahatlıq ifadə edib.
Atlantik Şuranın analitiki Ceyson Marksak The Jerusalem Post-a açıqlamasında bildirib ki, sənəd Vaşinqtonun Yaxın Şərq siyasətində əvvəlki yanaşmaya geri dönüşün olmayacağını açıq şəkildə göstərir.
20:27 08.12.2025
Oxunuş sayı: 1040