Həbsxanada iğtişaş: 13 nəfər ölüb
Ekvadorun Maçala şəhərindəki həbsxanada baş verən iğtişaşlar zamanı 13 məhbus həlak olub.
Crossmedia.az bu barədə "Primicias" portalı xəbər verib.
Məlumatda bildirilir ki, məhbuslar boğularaq ölüblər və bunun üçün plastik torbalardan istifadə olunub.
Polisin məlumatına görə, iğtişaş həbsxana yaxınlığında baş verən partlayışdan sonra başlayıb. Partlayıcılarla dolu pilotsuz təyyarədən istifadə olunduğu iddia edilir.
Nəzrin Abbas
17:38 08.12.2025
Oxunuş sayı: 787