Netanyahu: İranın dəstəklədiyi müqavimət oxu zəiflədilib
İsrail baş naziri Benyamin Netanyahu Almaniya kansleri Fridrix Mertzlə görüşdən sonra bildirib ki, İsrailin son hərbi əməliyyatları Tehranın dəstəklədiyi “müqavimət oxu”nu ciddi zəiflədib.
Crossmeedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Qəzza və Livandakı müharibələrin birinci mərhələsi yekunlaşır və yaxın günlərdə ikinci mərhələyə keçid mümkündür.
Netanyahu ayın sonunda ABŞ prezidenti Donald Trampla görüşərək HƏMAS-ın Qəzzadakı hakimiyyətinə son qoyulması yollarını müzakirə edəcəyini deyib.
Nəzrin Abbas
22:10 07.12.2025
Oxunuş sayı: 1226