Pilotsuz təyyarələr Fransanın nüvə sualtı bazasına atəş açıb
Fransa donanması ölkənin qərbində yerləşən nüvə enerjili balistik submarin bazasında naməlum dronlara atəş açıb.
Crossmedia.az "The Telegraph"-a istinadən xəbər verir ki, beş pilotsuz uçan aparat Île Longue bazasının hava məkanını pozub və anti-dron əməliyyatı həyata keçirilib.
Fransa hərbi rəsmiləri dronların hədəfi təhlükə yaratmadığını bildirib, lakin hadisə üzrə araşdırma açılıb. Bazada dörd nüvə enerjili submarin yerləşir və strateji əhəmiyyətə malikdir.
Müxtəlif mənbələr dronların Rusiya tərəfindən göndərildiyi ehtimalını irəli sürür. Son aylarda Polşa, Rumıniya və Moldovada dron pozuntuları müşahidə edilib, Avropada isə hava limanları və hərbi obyektlərə təhdidlər artıb.
Almaniya isə Polşa sərhədində hava məkanının qorunması üçün beş qırıcı təyyarə və 150 hərbi personal yerləşdirib. Almaniyanın hava qüvvələri rəhbəri Holger Neumann bildirib ki, bu, Polşaya və NATO-ya dəstəyin güclü mesajıdır.
Türkan Kərimli
21:00 05.12.2025
Oxunuş sayı: 929