Türkiyə Rusiya istehsalı olan S-400 sistemlərindən imtina etməyə yaxınlaşır
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak açıqlamasında bildirib ki, Ankara Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin sökülməsi prosesinə yaxınlaşıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sistem NATO daxilində gərginliyə səbəb olmuş və Türkiyənin F-35 qırıcılarını əldə etməsinə maneə yaratmışd
Səfirin sözlərinə görə, Türkiyə S-400-dən istifadə etmir, lakin raketlər, radiolokatorlar və digər avadanlıqlar hələ də ölkənin sərəncamındadır. Barrak əlavə edib ki, bütün bu məsələlərin tam həlli yaxın 4–6 ay ərzində gözlənilir.
Pərvin Hacıyeva
19:52 05.12.2025
Oxunuş sayı: 1261