Qəzzada müharibə şəraitində nadir sevinc: 54 cütlük evlənib
Qəzzada iki il davam edən müharibənin dağıtdığı bölgədə çərşənbə axşamı nadir sevinc anı yaşanıb. BƏƏ-nin maliyyə dəstəyi ilə keçirilən kütləvi mərasimdə 54 fələstinli cütlük evlənib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, toy Qəzzanın cənubundakı dağıdılmış küçələrdə - yanıq izləri və xarabalıqların arasında baş tutub. Yeni evlənən cütlüklər iki il davam edən ölüm, dağıntı və humanitar böhranın ardından “ümid və həyatın davam etdiyini göstərən” bu nadir mərasimdə bir araya gəliblər.
Təşkilatçılar bildiriblər ki, toy mərasimi müharibə şəraitində psixoloji dayanıqlığı gücləndirmək və gənclərə mənəvi dəstək vermək məqsədi daşıyır.
20:07 05.12.2025
Oxunuş sayı: 969