İraq Hizbullah və husiləri terror siyahısından çıxarıb
İraq Mərkəzi Bankı açıqlayıb ki, Hizbullah və “Ənsar Allah” (husilər) hərəkatının terror təşkilatları siyahısına daxil edilməsi “texniki səhv” nəticəsində baş verib.Aktivlərin dondurulması qərarı yalnız Əl-Qaidə və İŞİD kimi təşkilatlara şamil olunmalıdır.
Crossmedia.az xəbər verir ki, İraq xəbər agentliyi INA-nın məlumatına görə, mübahisəli siyahıdan husilər və Hizbullaha edilən istinadlar silinəcək.
Bankın bəyanatında bildirilir ki, təşkilatların adları ehtiyatsızlıq ucbatından siyahıya daxil edilib və bu, hökumətin rəsmi mövqeyini əks etdirmir.
19:12 05.12.2025
Oxunuş sayı: 1114