Rusiya və Almaniya arasında əlaqələr bərpa olunur
Rusiya və Almaniya nümayəndələri arasında Əbu-Dabidə gizli görüş keçirilib və tərəflər gələcək əməkdaşlıq planları barədə razılığa gəliblər.
Crossmedia.az "Die Welt"-ə istinadən xəbər verir ki, keçmiş mədəniyyət naziri və hazırda Putinin mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Almaniyaya səfər edəcəyi barədə razılıq əldə olunub.
Məlumata görə, Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narişkinlə telefon danışığı aparıb. Görüşdə təhlükəsizlik və regional məsələlər müzakirə edilib və yaxın zamanda şəxsən görüşməklə bağlı razılıq əldə olunub.
18:51 05.12.2025
Oxunuş sayı: 1017