ABŞ-dən Avropa Birliyinin aktiv planına etiraz
Vəziyyətlə tanış olan avropalı diplomatlar bildiriblər ki, ABŞ bir neçə Avropa İttifaqı ölkəsinə lobbiçilik edərək, AB-nin Ukraynaya böyük kredit vermək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə planlarını əngəlləməyə çalışır.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir ki, anonimlik şərti ilə danışan diplomatların sözlərinə görə, Vaşinqton üzv dövlətlərə bu aktivlərin Kiyev və Moskva arasında mümkün sülh sazişi üçün əsas alət olduğunu və müharibənin maliyyələşdirilməsi məqsədilə istifadə edilməməli olduğunu deyib.
Mənbələr bildirirlər ki, ABŞ-nin ötən ay dərc olunan 28 maddəlik sülh planı müəyyən dəyişikliklərə məruz qalıb, lakin dondurulmuş aktivlər hələ də Ukrayna ərazilərinin statusu və Kiyevə təhlükəsizlik zəmanətləri ilə yanaşı, əsas mübahisə mövzularından biri olaraq qalır. Vaşinqton bu pulların öz nəzarətində saxlanılmasını istəyir.
Qeyd olunur ki, Macarıstan, Slovakiya, Belçika, Finlandiya və digər bəzi ölkələr ABŞ-nin təzyiqi ilə bu aktivlərin dərhal Ukraynaya verilməsi planına qarşı çıxırlar.
18:36 05.12.2025
Oxunuş sayı: 1140