Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti arasında Tokioda keçirilən UMAC-2025 konfransında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyinə görə təşəkkür edirik – Təhlükəsizlik və sadəcə sülh naminə birlikdə!", - o qeyd edib.
20:05 22.10.2025
Oxunuş sayı: 906