Tramp Ukrayna üçün qələbə fondu yaratmağı planlaşdırır

Tramp maliyyə naziri Bessentə avropalı həmkarlarına Çinə tətbiq edilən yeni tariflər hesabına maliyyələşəcək Ukrayna üçün qələbə fondu yaratmaq planını təqdim etməyi tapşırıb.
Crossmedia.az "The Telegraph" nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, Bessent planı Ukrayna prezidenti Zelenskinin Vaşinqtona səfərindən əvvəl təqdim etməli idi. Plan Çindən idxal olunan mallara 500% rüsum tətbiq etməyi, əldə edilən gəlirin Ukrayna ordusu üçün silah alınmasına yönəldilməsini nəzərdə tutur.
16:03 16.10.2025
Oxunuş sayı: 2082