Mixail Saakaşvili: İlham Əliyev Rusiya qarşısında bütün Qafqazın şərəfini qorudu

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü sosial şəbəkədə şərh edib.
Crossmedia.az xəbər verir ki, Saakaşvili “Facebook” səhifəsində yazıb: "Əslində İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və digərlərinə nümunə göstərdi. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülüblər.”
Ekspertlər Saakaşvilinin bu açıqlamasını Azərbaycanın son illərdə regionda artan siyasi çəkisinin və balanslı diplomatik xəttinin tanınması kimi qiymətləndirirlər.
Fatimə
11:56 16.10.2025
Oxunuş sayı: 1654