ABŞ Ukraynanın enerji infrastrukturuna endirilən zərbələrdən narahatdır

ABŞ Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrindən narahatdır.
Crossmedia.az "Politico" nəşrinə istinadən xəbər verir ki, son aylarda Ukrayna qeyri-nüvə enerji sektorunun 70%-i ciddi zərər görüb, 15%-i tam sıradan çıxarılıb. Ukrayna elektrik enerjisi idxalına məcbur qalıb. Eyni zamanda böyük şəhərlərdə elektrik enerjisi problemi var.
Rusiya dəmiryolu və enerji infrastrukturuna ən ağır zərbələrə başlayıb. ABŞ Tomahavklarla Putini çəkindirməyə və maksimum şəkildə Ukrayna enerji infrastrukturunu qorumağa çalışır.
11:38 16.10.2025
Oxunuş sayı: 1499