Paşinyan səhnədə "cənab prezident" dedi, Tramp qulaq asmadı

Şarm əş-Şeyxdə keçirilən Qəzza sülh sammitində ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaşanan diqqətçəkən an beynəlxalq medianın gündəminə düşüb.
Crossmedia.az xəbər verir ki, Paşinyan səhnədə Trampın diqqətini cəlb etmək üçün ona “cənab prezident” deyə müraciət edib və yaxınlaşmaq istədiyini bildirib. Tramp əvvəlcə çıxışını yarımçıq kəsəcəyini desə də, dərhal sözünə davam edib və Paşinyanı görməzdən gəlib.
Daha sonra Paşinyan təşəkkür etmək istədikdə, Tramp söhbəti yarımçıq saxlayaraq BMT baş katibi Quterreş və İndoneziya prezidenti Subianto ilə danışmağa üstünlük verib.
11:18 16.10.2025
Oxunuş sayı: 1319