Ermənistanda kilsə rəhbəri həbs edilib

Ermənistanın Artaqatsotn yeparxiyasının rəhbəri, Ermənistan Apostol Kilsəsinin katolikosu II Qareginin qohumu Mkrtiç Proşyan barəsində həbs qətimkan tədbiri seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Belə ki, İrəvandakı ümumi yurisdiksiyalı məhkəmə Proşyanın iki ay müddətinə həbsinə qərar verib.
Qeyd edək ki, oktyabrın 15-də hüquq-mühafizə orqanları 13 din xadimini, o cümlədən yepiskop Mkrtiç Proşyanı və üç mülki şəxsi saxlayıb. Onlardan üçü, o cümlədən yepiskop barəsində cinayət təqibi başlanıb.
Qeyd edək ki, Mkrtiç Proşyan və digərlərinə qarşı vətəndaşları yığıncaqlarda iştirak etməyə məcbur etmə, etimaddan sui-istifadə yolu ilə iri miqdarda əmlak mənimsəmə, həmçinin seçki hüququnun həyata keçirilməsinə mane olma ittihamları irəli sürülüb.
Fatimə Məmmədova
10:31 16.10.2025
Oxunuş sayı: 1476