Tramp 2026-cı ildə Nobel Sülh Mükafatını qazanacağını ümid edir

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən qəbul zamanı 2026-cı ildə Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid etdiyini söyləyib. O, səkkiz ay ərzində səkkiz müharibəni dayandıran yeganə amerikalı lider olacağını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Tramp çıxışı zamanı bu sözləri deyib:
“Bəs mən Nobel mükafatını aldım? Xeyr… Mən özüm də dedim ki, bu, mümkün deyil. Amma hər şey qaydasındadır. Məncə, gələn il daha yaxşı olacaq”.
Tramp həmçinin qeyd edib ki, onun əsas narahatlığı xilas etdiyi “yüz milyonlarla insanın həyatı” ilə bağlıdır.
Nihat Tahirov
10:29 16.10.2025
Oxunuş sayı: 1383