Polşa Ukraynaya silah almaq təşəbbüsündə iştirak etmək istəmir

Polşa hələlik NATO ölkələrinin ABŞ silahlarını alaraq Ukraynaya ötürməsini nəzərdə tutan PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsündə iştirak etmək istəmir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
Nazirin sözlərinə görə, Polşa bu təşəbbüsə qoşulmaq məsələsində hələlik qərar verməyib.
Fatimə Məmmədova
09:22 16.10.2025
Oxunuş sayı: 1450