Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər
Həftəsonu Yunanıstanın Katerini
şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.
Crossmedia.az xəbər verir
ki, cari ildə 4-cü dəfə təşkil ediləcək yarışda Azərbaycanı Vüsal Əliyev (80
kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcəklər.
Sabah təsnifat mərhələsi və qruplarda
ilk iki turun görüşləri baş tutacaq. Bazar günü isə qruplarda son turun
qarşılaşmaları, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər keçiriləcək.
Mübarizə hər iki gün Bakı vaxtı ilə
11:00-da start götürəcək.
22:54 26.09.2025
Oxunuş sayı: 5539