İran AEBA müfəttişlərinə bombalanmış nüvə obyektinə giriş təklif edib
İranın xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorkda Avropa nümayəndələri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru ilə görüşlər zamanı 12 günlük müharibə zamanı bombalanmış nüvə obyektlərindən birinə müfəttişlərin girişinə icazə verməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Məlumata görə, Əraqçı növbəti 45 gün ərzində təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş uranın necə idarə olunacağına dair plan təqdim edəcəyinə söz verib.
Nəşrdə qeyd edir ki, zənginləşdirilmiş uran məsələsinin həlli İranın AEBA və ABŞ ilə apardığı nüvə danışıqlarında prioritet mövzu olub. Əraqçı danışıqlarda “tətik mexanizmi”nin daimi olaraq ləğv edilməsini bir daha tələb edib və bildirib ki, son hücumlar və təzyiqlərdən sonra İranın AEBA ilə əməkdaşlığının əvvəlki şərtlərdə davam etməsi mümkün deyil.
15:33 26.09.2025
Oxunuş sayı: 4803