"Arsenal" "Sportinq"in futbolçusu İvan Fresneda ilə maraqlanır
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu İvan Fresneda karyerasını İngiltərədə davam etdirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən "Arsenal" 21 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
İspaniyalı oyunçu "Real"ın yetirməsidir. O, 2023-cü ildə 9 milyon avro qarşılığında "Valyadolid"dən "Sportinq"ə keçib.
İvan Fresnedanın hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
13:56 17.09.2026
Oxunuş sayı: 46