İran Rusiyanı xəyanətdə ittiham etdi

İranın Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü Seyid Məhəmməd Sədr bəyan edib ki, iyun ayında baş verən 12 günlük müharibə zamanı Rusiya İsrailə İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin yerləşdiyi yerlərlə bağlı kəşfiyyat məlumatları ötürüb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun müsahibəsində vurğulayıb: “Moskva ilə strateji ittifaq faydasızdır. Rusiya yalnız formal şəkildə zərbələri qınayıb, amma əslində İsrailə yardım göstərib".
Sədr, həmçinin Rusiyanın S-400 sistemlərini Türkiyəyə satmasını xatırladaraq bunun da əsl strateji tərəfdaşlığın mövcud olmadığını sübut etdiyini bildirib. O əlavə edib ki, Moskva ilə münasibətləri saxlamaq zəruridir, lakin ona etibar etmək olmaz.
Diqqətçəkən məqam odur ki, müharibə zamanı prorusiya kanalları İsrailə yardımda Azərbaycanı günahlandırırdı. İndi isə aydın olur ki, bu, diqqəti yayındırmaq və məsuliyyəti Bakının üzərinə atmaq üçün planlaşdırılmış kampaniya imiş.
Ötən gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu kimi iddiaları təkzib edərək bildirib ki, Azərbaycanın İsrailə yardım etməsinə dair heç bir sübut yoxdur. O, həmçinin vurğulayıb ki, Bakının bəyanatları İran əleyhinə düşmənçilik hərəkətlərinin olmadığını təsdiqləyir.
Pərvin Hacıyeva
01:22 26.08.2025
Oxunuş sayı: 924