Tanınmış hücumçu baş məşqçi oldu

Portuqaliya millisinin sabiq futbolçusu Uqo Almeydanın yeni iş yeri məlum olub.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Türkiyənin 1-ci liqa təmsilçisi “Hatayspor”a baş məşqçi təyin edilib. Mütəxəssislə razılaşmanın detalları hələlik açıqlanmayıb.
Bu, Almeydanın baş məşqçi kimi ilk işi olacaq. O, buna qədər Portuqaliyada "Akademika", İranda "Sepehan" və Türkiyədə "Bodrum" klubunda köməkçi məşqçi kimi çalışıb.
Qeyd edək ki, Uqo Almeyda futbolçu karyerasında “Portu”, “Beşiktaş”, “Hannover” kimi klublarda çıxış edib. O, Portuqaliya yığmasında 57 oyunda 19 qol vurub.
19:37 25.08.2025
Oxunuş sayı: 940