İrlandiya prezidenti İsrail səfirliyini casusluqla ittiham edib

Avropada İsrailə qarşı basqı davam edir. Növbəti belə açıqlama İrlandiya prezidenti Maykl Hiqqinsdən gəlib.
Crossmedia.az xəbər verir ki, İrlandiya prezidenti Maykl Hiqqins İsrail səfirliyinin İrlandiyada casusluqla məşğul olduğunu və ölkənin İranla əlaqələrini izlədiyini açıqlayıb.
Maykl Hiqqins bildirib ki, bütün İsrail səfirlikləri bu işlə məşğuldur və onların hamısı bağlanmalı, səfirləri qovılmalıdır.
11:47 25.08.2025
Oxunuş sayı: 814