Sorğu: Ruslar özlərini “xüsusi xalq” hesab edirlər

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsIOM) keçirdiyi sorğuya əsasən, rusiyalıların 39 faizi rusları “xüsusi xalq” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Respondentlərin fikrincə, rus xalqını digərlərindən fərqləndirən əsas cəhətlər onların dünyagörüşü və mənəvi dəyərləri (22%), səmimiyyəti (15%), zəngin mədəniyyəti (12%), pravoslav dini (12%), vətənpərvərliyi (11%), həmçinin mərhəmət və şəfqət (8%) olub.
Sorğunun nəticələrinə görə, rusların “xüsusiliyinə” daha çox 45–60 yaş arası və 60-dan yuxarı respondentlər inanır — hər iki yaş qrupunda bu göstərici 45 faiz təşkil edib.
Əksinə, 18–24 yaşlı gənclərin böyük əksəriyyəti (77%) rusların digər xalqlardan fərqlənmədiyini düşünür.
10:37 25.08.2025
Oxunuş sayı: 808