Çin dünyada ilk iki qülləli günəş elektrik stansiyasını istifadəyə verib

Çin dünyada ilk iki qülləli günəş elektrik stansiyasını istifadəyə verib.
Qansu vilayətində inşa olunan unikal stansiyada 30 mindən çox güzgü günəş şüalarını iki 200 metrlik qülləyə əks etdirir. Burada duz məhlulu qızdırılaraq buxara çevrilir və turbinləri hərəkətə gətirir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Stansiyanın illik gücü 1,8 milyard kVt·saat təşkil edir. Bu həcm təxminən 170 min evin elektrik enerjisi ilə təmin olunmasına kifayətdir.
Nigar Rəhimova
10:17 25.08.2025
Oxunuş sayı: 1423