Norveç və Almaniya Ukraynaya iki “Patriot” sistemi verəcək

Norveç hökuməti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 685 milyon dollar ayırıb.
Crossmedia.az xəbər verir ki, bu vəsait Almaniya ilə birgə “Patriot” zenit-raket komplekslərinin alınmasına və Ukraynaya təhvil verilməsinə yönəldiləcək. Sözügedən sistemlər hazırda Almaniyada yerləşir və “mümkün qədər tez” Kiyevə çatdırılacaq.
Bundan əlavə, Norveç və Almaniya Ukraynaya TRML-4D radiolokasiya stansiyalarının və Typhon-2 hava hücumundan müdafiə sistemlərinin tədarükünü də maliyyələşdirib.
Nicat Rüstəmzadə
22:04 24.08.2025
Oxunuş sayı: 812